Bitkoin kritik səviyyədən ucuzlaşdı | Banco.az

Bitkoin kritik səviyyədən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Həftə sonu qısa müddətlik 48 min dollar səviyyəsinə yaxınlaşan bitkoin bu səviyyəni üstələyə bilmədiyi üçün yenidən ucuzlaşmağa başlayıb və hazırda 45 dollarlıq kritik səviyyədən aşağı icra olunur.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 3,2% ucuzlaşmaqla 44 min 393 dollara enib. Halbuki həftənin əvvəlində investorlar 50 min dollar səviyyəsini proqnozlaşdırırdılar.

Ethereum da oxşar olaraq 2,3%-lik ucuzlaşma ilə 2 min 990 dollara düşüb.

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 74-ünda dəyər itkisi müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et