Bitkoin kritik səviyyədən bahalaşıb | Banco.az

Bitkoin kritik səviyyədən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin 4%-dən çox bahalaşaraq dekabrın ortalarından bəri ilk dəfə 18 min dollar kritik həddi keçib.

Banco.az xəbər verir ki, bitkoin 17 min dollar səviyyəsindən bahalaşdıqdan sonra növbəti kritik həddi də keçib. Belə ki, ötən 24 saat ərzində 4,6 faiz dəyər qazanan dünyanın ən böyük kriptovalyutası dekabrın ortalarından bəri ilk dəfə 18 min 250 dolları üstələyib.

Səhər saatlarında Ethereum da eynilə 5,3 faiz dəyər qazanaraq 1408 dollara yüksəlib.

Bu səhərə olan məlumata görə, bazar kapitallaşması baxımından ilk 100-ə daxil olan bütün kriptovalyutalarda səhər saatlarında gündəlik yüksəliş qeydə alınarkən, ən diqqətəlayiq artım Avalanche (AVAX) kriptovalyutasında reallaşıb. AVAX gündəlik 28 faiz artaraq 16 dolları keçib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et