Bitkoin kritik səviyyədən bahalaşdı | Banco.az

Bitkoin kritik səviyyədən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Bitkoin təqribən 2 həftədir ki, üstələməyə çalışdığı 50 min dollar səviyyəsini bu gün səhər saatların keçməyə müvəffəq olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 3,9% bahalaşmaqla 51 min 800 dollara çatıb. Bu bahalaşmada Salvadorun "Twitter" və "Reddit" platformalarında bitkoin qanunu dəstəkləmək üçün başlatdığı kampaniya rol oynayıb.

İkinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum isə səhər saatlarında 1% dəyər qazanmaqla 3 min 902 dollara qalxıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 91-ində bahalaşma müşahidə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et