Tamara Mustafayeva, Banco.az
Fed-in uçot faizini kəskin artıracağına dair proqnozlar fonunda bitkoin ötən iki ilin ən aşağı səviyyəsinə enib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal bazarlarda mərkəzi bankların monetar sərtləşdirmə addımlarının davam edəcəyi gözlənilərkən kriptovalyuta birjalarında da kəskin dəyər itkisi müşahidə olunmaqdadır.
Ən dəyərli kriptovalyuta hesab edilən bitkoin 18 min 500 dollara qədər geriləməklə 2020-i ildən bəri qeydə alınan ən aşağı səviyyəyə düşüb.
Ötən həftə tarixi birləşmə ilə gündəmdə olan ethereum də satış dalğasının təsirindən 1300 dollardan ucuzlaşıb.
Xatırladaq ki, bu həftə bir çox mərkəzi bankların, o cümlədən FED və İngiltərə Mərkəzi Bankının (BOE) inflyasiya ilə mübarizə çərçivəsində faiz dərəcələrini ümumilikdə 500 baza bəndindən çox artıracağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!