Bitkoin kəskin ucuzlaşıb | Banco.az

Bitkoin kəskin ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoinin qiyməti dünən gecə saatlarında 9 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki, cümə axşamı günü bitkoin kəskin ucuzlaşaraq 26 min dollardan bir qədər çox yuxarı ticarət olunub.

Bitkoinin ucuzlaşması “The Wall Street Journal” nəşri tərəfindən yayımlanan və İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin 2022 və 2021-ci illərdə bitkoin aktivlərinin ümumi dəyərinin 373 milyon dollar təşkil etdiyini və kosmik səyahət şirkətinin bu aktivləri satdığını əks etdirən xəbərdən bir neçə saat sonra baş verib.

Qeyd edək ki, yeni günə də bir qədər ucuzlaşma ilə başlayan ən dəyərli kriptovalyuta növü bitkoin hazırda 26 min 198 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et