Bitkoin kəskin ucuzlaşdı | Banco.az

Bitkoin kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Proqnozları üstələyən ABŞ inflyasiyanın kriptovalyuta birjalarına təsiri çoxsaylı satış əməliyyatlarının icra olunmasında özünü göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bitkoin gündəlik 9 faizə yaxın dəyər itirərək 20 min 350 dollara düşüb. Günün növbəti saatlarında bir qədər də ucuzlaşan bu ən dəyərli kriptovalyuta növü hazırda 20 min 243 dollara ticarət olunur.

İkinci ən dəyərli kriptovalyuta növü olan ethereum da 5,6 faiz ucuzlaşaraq 1615 dollara düşüb.

Qeyd edək ki, kriptovalyutaların ümumi bazar dəyəri ötən 17 saat ərzində 78 milyard dollar əriyərək 1 trilyon dollar həddinə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et