Bitkoin kəskin ucuzlaşdı | Banco.az

Bitkoin kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Ötən həftə 68 min 789 dollara qədər bahalaşmaqla tarixi rekorda imza atan bitkoin bu həftəni dəyər itkisi ilə başa vurmaq üzrədir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 5,6% dəyər itirməklə 56 min 370 dollara geriləyib. Daha sonra bir qədər bahalaşaraq hazırda 56 min 372 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum da 4 min 878 dollarla öz rekordunu yenilədikdən sonra ötən sutka ərzində 4,5% dəyər itkisi ilə 4 min 78 dollara enib.

Qeyd edək ki, bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 87-sində gündəlik əsasda dəyər itkisi müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et