Bitkoin kəskin ucuzlaşdı | Banco.az

Bitkoin kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Bitkoin gecə saatlarında kəskin ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən Bitkoin ötən bir həftəlik stabilliyin ardınca Bakı vaxtı ilə 00:30-da 35 min 500 dollardan 33 min 800 dollara geriləyib.

Səhər saatlarında da dəyər itkisini davam etdirən Bitkoin hazırda 32 min 500 dollara icra edilir.

Qeyd edək ki, bu kriptovalyuta növündə ötən 24 saat ərzində 9,8% dəyər itkisi müşahidə edilib.

İkinci ən dəyərli kriptovalyuta olan Ethereum isə 11% ucuzlaşmaqla 2 min 500 dollar səviyyəsindən geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et