Bitkoin kəskin bahalaşıb | Banco.az

Bitkoin kəskin bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin və ethereum ABŞ-dan gələn xəbərlərlə sürətlə bahalaşıb.

Banco.az xəbər verir ki, bitkoin bazar ertəsi günü 70 min 06 dollara yüksələrək əvvəlki bağlanışa görə 3 min 931 dollar bahalaşıb.

Dünyanın ən böyük və ən məşhur kriptovalyutası indiyədək yanvarın 23-də qeyd alınmış illik minimum olan 38 min 505 dollardan 82,3 faiz bahalaşıb.

Ethereum blokçeyn şəbəkəsinə qoşulan ether isə bazar ertəsi günü 13,3 faiz dəyər qazanmaqla 3500 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et