Tamara Mustafayeva, Banco.az
Bitkoin iyul ayında 30 min dollar səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 70%-ə yaxın dəyər qazanmaqla 3 ay sonra yenidən 50 min dollar səviyyəsini üstələyib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 2,55% bahalaşmaqla 50 min 350 dollara qalxıb. ABŞ tərəfindən "PayPal"ın kriptovalyuta ilə ödəmə xidmətini İngiltərədə də aktivləşdirməsi bu qiymət artımında əsas rol oynayıb.
Ethereum da oxşar olaraq 3,5%-lik yüksələrək 3 min 420 dollara çatıb.
Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 94-ündə dəyər artımı müşahidə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!