Bitkoin kəskin bahalaşdı | Banco.az

Bitkoin kəskin bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Bitkoin ötən 24 saat ərzində 10% dəyər qazanıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Salvadorun Bitkoini ödəniş vasitəsi kimi rəsmiləşdirməsi və ABŞ istiqraz gəlirlərinin azalması kriptovalyutaya tələbi artırıb.

Ən dəyərli kriptovalyuta hesab edilən Bitkoin gecə saatlarında 37 min 500 dollara yüksəlib. Yeni günə isə bir qədər ucuzlaşaraq 36 min 729 dollar səviyyəsində başlayıb.

Qeyd edək ki, Ethereum isə ötən 24 saat ərzində 2% bahalaşmaqla 2 min 540 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram