Tamara Mustafayeva, Banco.az
ABŞ-da prezident seçkilərinin nəticələrinin hələ də bəlli olmaması kriptovalyutalara tələbi artırıb.
Bitkoin 15 min dolları keçərək 15 min 642 dollarlıq səviyyəyə çatıb. Bununla da bazar dəyərinə görə dünyanın ən qiymətli kriptovalyutası son 24 saat ərzində 9,5% dəyər qazanıb.
Bitkoin dollara qarşı isə son 2 gün ərzində 15% dəyər qazanıb ki, bununla da tarixi zirvəsinə bir addım da yaxınlaşıb. Xatırladaq ki, bitkoin 2017-ci ilin dekabr ayında 19 min 783 dollarla rekord səviyyəyə yüksəlmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!