Tamara Mustafayeva, Banco.az
Salvador ən dəyərli kriptovalyuta növü hesab edilən Bitkoinin ölkənin rəsmi valyutası kimi tanınması üçün qanun layihəsi hazırlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Şimali Amerikada yerləşən və təxminən 6,9 milyonluq əhaliyə sahib ölkənin prezidenti Nayib Bukele "Bitkoin 2021" konfransına göndərdiyi video-mesajda sözügedən qanun layihəsinin reallaşması halında xaricdə yaşayan Salvadorluların ölkəyə pul göndərmələrinin xeyli asanlaşacağını bildirib.
Qeyd edək ki, bu qanun layihəsi qüvvəyə minəcəyi təqdirdə Salvador Bitkoini milli valyuta kimi qəbul edən ilk ölkə olaraq adını tarixə yazdıracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!