Bitkoin ilə maraqlanan investorların - 43 FAİZİ QADINLARDIR | Banco.az

Bitkoin ilə maraqlanan investorların - 43 FAİZİ QADINLARDIR

Bitkoin fond operatoru olan "Grayscale" tərəfindən 4 dekabrda dərc edilən hesabata əsasən bitkoin ilə maraqlanan investorların 43%-i qadınlardır.

Tədqiqat predmeti olan sorğuda 25-64 yaş arasında 1100 amerikalı investor iştirak edib. Bütün respondentlər fərdi sərmayələrdə iştirak etmiş və ən azı 10.000 ABŞ dolları məbləğində investisiya sahibləridir.

Hesabatda qeyd olunduğu kimi, kriptovalyuta sektoru əsasən kişilərin üstünlük təşkil etdiyi məkanı hesab olunur. Əlavə olaraq, GoogleAnalytics, bitkoin cəmiyyətində iştirak edənlərin 90%-nin kişilər olduğunu iddia edir. Lakin keçirilən sorğu qadınların kripto investisiyalara marağının artdığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, sorğuda iştirak edən və BTC-yə maraq göstərən investorların 43%-i qadınlar idi. Eyni zamanda onların 80%-i BTC-nin potensialına inandıqlarını bildirib, 93%-i isə daha çox məlumatlandiricı qaynaqların olduğu təqdirdə rəqəmsal aktivlərə investisiyalara açıq olduqlarını bildirib. Qadınlar kişilərdən fəqli olaraq kripto-investisiyaları varlanmaq üçün deyil, özlərini və ailələrini qorumaq üçün bir vasitə olaraq görürlər.

Modern

Ən sərfəli krediti almaq üçün müraciət et