Bitkoin həftə ərzində 20 faizdən çox bahalaşıb | Banco.az

Bitkoin həftə ərzində 20 faizdən çox bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin son illərin ən böyük həftəlik qazanclarından birinə hazırlaşır.

Banco.az xəbər verir ki, bank sektorunda narahatlıqlar azalmağa başladıqca, eyni zamanda FED-in daha ehtiyatlı bir yol izləyəcəyinə dair gözləntilər artdıqca kriptovalyuta birjalarında yuxarı yönlü hərəkətlilik müşahidə olunur.

Belə ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin həftənin əvvəlindən 20 faizdən çox dəyər qazanıb. “Bloomberg”in tərtib etdiyi məlumatlara görə, bitkoin son beş ildə bir həftədə cəmi 10 dəfə belə bahalaşıb. 

Digər tərəfdən, daha kiçik kriptovalyutalar ether və dogecoin də bahalaşma tendensiyasına qoşulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et