Bitkoin cüzi ucuzlaşdı | Banco.az

Bitkoin cüzi ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünən qısa müddətlik 50 min dollar səviyyəsini üstələyən bitkoin bu səviyyəni saxlaya bilməyib 49 min dollara geriləmişdi. Səhər saatlarında isə yenidən bahalaşmağa başlayaraq 49 min 570 dollara yüksəlib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ikinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum isə səhər saatlarında ötən 24 saat ərzində 1,5% bahalaşmaqla 3 min 840 dollara qalxıb. 

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 54-ündə bahalaşma müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et