Bitkoin çökəcək? | Banco.az

Bitkoin çökəcək?

2018-ci ildə bitkoinin dəyəri 60 min dollara qədər yüksələcək. Xarici medianın yazdığına görə, bitkoinə sərmayə yatırımı 1 trilyon dolları ötəcək. 

İnsider.az-a istinadən xəbər verilir ki, bundan sonra kriptovalyutanın qiymətində kəskin enmə tendensiyası başlayacaq. Hətta 2019-cu ildə onun qiymətinin 1000 dollara qədər düşəcəyi gözlənilir. 

Bu rəqəmlər "Saxo Bank" onlayn bankının proqnozlarında da da əksini tapıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bankın mütəxəssisləri hesab edirlər ki, yeni ildə "Apple" şirkəti dəyərdən düşəcək. Onun əvəzində isə dünyada ən bahalı şirkət statusunu Çinin "Tencent" internet holdinqi tutacaq. 

Xatırladaq ki, şirkətin kapitallaşması bu il noyabrın sonuna artıq 500 milyard dolları ötüb. 

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et