Bitkoin bir həftəyə 68% bahalaşıb | Banco.az

Bitkoin bir həftəyə 68% bahalaşıb

Bitkoinin (virtual kriptovalyuta) məzənnəsi bu həftə 68% yüksələrək 1 759 ABŞ dollarından 2 953 dollara çatıb. Bitkoinin tarixi rekord qiyməti iyun ayının 12-də (3 000 dollar) qeydə alınıb. Hazırda isə bitkoin 2 800 dollara satılır.

Qeyd edək ki, bitkoinin qiymətinin artmasına səbəb iyulun 16-da kriptovalyuta ictimaiyyətinin rəsmi olaraq yeni "SegWit2x" proqram təminatını qəbul etməsi olub. Bu da bitkoinə inamı artırıb. Nəticədə, bitkoinin qiyməti yenidən tarixi rekord səviyyəyə yaxınlaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "SegWit2x"-in yenilənməsi şəbəkənin buraxılış imkanını artırır. "Coin Dance" kriptovalyuta statistika agentliyinin məlumatına görə, yaxın iki gündə "mayner"lər yeni proqram təminatının aktivləşdirilməsinə hazırlaşacaqlar. Proqramın tam olaraq 2 həftəyə qəbul ediləcəyi gözlənilir. Amma, 3 aydan sonra prosesin ikinci mərhələsi olan blokun həcminin ikiqat artırılması prosesinin yarada biləcəyi risklərlə üzləşmə ehtimalları ortaya çıxacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et