Bitkoin bahalaşsa da, digər kriptovalyutalar ucuzlaşır | Banco.az

Bitkoin bahalaşsa da, digər kriptovalyutalar ucuzlaşır

Tamara Mustafayeva, Banco.az

Həftə sonu 54-56 min dollar aralığında icra edilən bitkoin yeni iş həftəsinə yüksəlişlə başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 1,6% bahalaşaraq 56 min 624 dollara çatıb. 

İkinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum isə gündəlik əsasda 2,1% dəyər itirməklə 3 min 510 dollara enib. 

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 81-ində dollara qarşı dəyər itkisi müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et