Bitkoin bahalaşdı - Prezident seçkisi qiymətləri artırdı | Banco.az

Bitkoin bahalaşdı - Prezident seçkisi qiymətləri artırdı

Tamara Mustafayeva, Banco.az

ABŞ prezident seçkilərində Demokratlar partiyasının namizədi Coy Bayden zəfər qazanmağa yaxın olsa da, hazırkı prezident Donald Trampın hüquqi etiraz proseduru başlatması səbəbilə yaranan qeyri-müəyyənlik sərmayəçilərin kriptovalyutalara yönəlməsinə şərait yaradıb.

Dünən səhər 13 min 776 dollara icra edilən Bitkoin bu gün səhər saatlarından etibarən 14 min dollarlıq həlledici səviyyəni keçməklə 14 min 335 dollara çatıb. Qeyd edək ki, son 24 saat ərzində Bitkoin dollara qarşı 4% dəyər qazanıb. Böhran vəziyyətlərində adətən sərmayəçilərin müraciət etdiyi və buna görə də "etibarlı liman" hesab edilən Bitkoinin dollara qarşı həftəlik yüksəlişi isə 8% qeyd edilib.

Bazar dəyərinə görə dünyanın ikinci ən qiymətli kriptovalyutası olan Ethereum da son 24 saat ərzində 4,5% artımla 402,8 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram