Bitkoin bahalaşdı - 3 ilin ən yüksək qiyməti | Banco.az

Bitkoin bahalaşdı - 3 ilin ən yüksək qiyməti

Tamara Mustafayeva, Banco.az

Bitkoin qiymətləri 13 min 800 dolları keçərək 2018-ci ilin yanvar ayından bəri ən yüksək səviyyəyə çatıb.

Bazar dəyəri ən yüksək kriptovalyuta olan Bitkoin bu səhər Bakı vaxtı ilə 06:45-də 13.857,94 dollara yüksələrək yanvar 2018 tarixindən bəri ən yüksək səviyyəyə çatmağa nail olub.

Bu yüksəlişlə birlikdə populyar kriptovalyutanın bu aylıq qazancı təqribən 30% olub. Mart ayından bəri isə qiymət demək olar ki, üç qat artıb.

Xatırladaq ki, üç il əvvəl 20 min dollarla zirvəyə çatan Bitkoin 2018-ci ilin dekabr ayında sürətli geriləmə ilə 3.136 dollara düşmüşdü. Ancaq bir çox analitiklər hazırki yüksəlişin üç il əvvəlki "şişirdilmiş" yüksəlişdən davamlı olacağını düşünürlər. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et