Bitkoin bahalaşdı | Banco.az

Bitkoin bahalaşdı

ABŞ prezidenti Donald Trampın Fed sədri Jerome Paueli işdən çıxarmaqla bağlı hədələri fonunda dolların ucuzlaşdı. Bitkoin isə bahalaşdı.

Banco.az xəbər verir ki, bazar ertəsi səhər  bitkoin təxminən 3 faiz artaraq 87 600 dolları keçdi.

Bu artımla Bitkoin 2 apreldə Trampın açıqladığı ikitərəfli tariflərdən sonra yaşanan itkilərin çoxunu kompensasiya etdi və qlobal bazarlardakı qarışıqlığa baxmayaraq kriptovalyuta bazarında canlanmanın siqnalını verdi.