Bitkoin bahalaşaraq yeni tarixi rekorda imza atdı | Banco.az

Bitkoin bahalaşaraq yeni tarixi rekorda imza atdı

Tamara Mustafayeva, Banco.az

İki gün əvvəl ilk bitkoin birja ticarət fondunun (ETF) fəaliyyətə başlamasından sonra sürətlə bahalaşan bitkoin tarixi maksimumunu yeniləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin dünən günortadan sonra 66 min 930 dollara qədər bahalaşmaqla yeni tarixi rekorda imza atıb. Yeni günə isə yenidən 64 min dollar səviyyəsində başlayıb. Xatırladaq ki, bu kriptovalyuta növü ilin aprel ayında 64 min 863 dollara qədər bahalaşaraq ilk tarixi rekorduna nail olmuşdu.

Qeyd edək ki, bahalaşma ilə birlikdə bitkoinin bazar dəyəri 1 trilyon 245 milyard dollara çatıb ki, bu kriptovalyuta növünün bazar dominantlığı isə 48% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et