Dünyanın kriptovalyta bazarı təqribən bir il əvvəl itirdiyi mövqeləri sürətlə bərpa etməkdədir.
Aparıcı kriptovalyuta olan bitkoin son 3 ay ərzndə artıq 2 dəfə bahalaşıb. Mayın 12-də bitkoinin qiyməti daha bir psixoloji həddi – 7 min dolları keçib. Hazırda isə bitcoin 8 min dollardan baha ticarət olunur.
Ümumiyyətlə, son 1 bir ay ərzində bitkoinin qiyməti 50% dən çox artaraq 5 min dollardan 8 min dollara, bazar həcmi isə 89,2 milyard dollardan 141 milyard dolara yüksəlib.
Fed.az