Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoinin qiyməti 60 min dollardan aşağı düşüb.
Banco.az xəbər verir ki, "Coinmarketcap" analiz şirkətinin məlumatına görə, bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 5,2 faiz azalaraq 2 trilyon 210 milyard dollara düşüb.
"Binance" kriptovalyuta birjasının rəhbər vəzifəsindən istefa verən Çanqpenq Zaonun 4 aylıq həbs cəzası almasından sonra ən böyük kriptovalyuta olan bitkoinin qiyməti ötən sutka ərzində 59 min 120 dollara qədər geriləyib.
Hazırda 56 min 919 dollara satılan bitkoinin həftəlik dəyər itkisi isə 10 faizdən çoxdur.
Xatırladaq ki, bitkoin martın 14-də 73 min 750 dollara qədər bahalaşmaqla bu vaxta qədərki ən yüksək səviyyəsinə çatmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!