Bitkoin 20 dəqiqə ərzində 3% dəyər itirib | Banco.az

Bitkoin 20 dəqiqə ərzində 3% dəyər itirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

30 min dollardan bir qədər bahalaşan bitkoin 20 dəqiqə ərzində 29 min 135 dollara düşüb.

Banco.az xəbər verir ki, bazar ertəsi 29 min 100 dollara qədər ucuzlaşan bitkoin dünən 30 min 400 dolları üstələsə də, yüksəlişi elə bu səviyyədə dayanıb.

Yeni günə qeyri-stabil başlayan dünyanın ən dəyərli kriptovalyutası bitkoin Bakı vaxtı ilə saat 12:05-də 30 min dollardan yuxarı ticarət olunurdusa, qəfil satışlarla 12:25-də 29 min 135 dollara qədər ucuzlaşıb. Bir sözlə kriptovalyuta 20 dəqiqədə 30 faiz dəyər itirib.

Daha sonra cüzi bahalaşaraq 29 min 200 dollardan bir qədər yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Eynilə, ikinci dəyərli kriptovalyuta sayılan ethereum da təxminən 1 saat ərzində 3,6 faiz dəyər itirərək 1997 dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et