Bitkoin 2 aydan sonra ilk dəfə kritik səviyyədən bahalaşdı | Banco.az

Bitkoin 2 aydan sonra ilk dəfə kritik səviyyədən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Bitkoin iyunun 13-dən bəri ilk dəfə 25.000 dollardan bahalaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, FED-in faiz artımı ilə bağlı gözləntilərin 'yüngülləşməsi' ilə, xüsusən keçən həftədən etibarən bahalaşan kriptovalyutalar yeni həftəyə də yüksəlişlə başlayıb.

Bakı vaxtı ilə səhər saat 5 radələrində 24,300 dollardan ticarət olunan bitkoin sürətlə yüksəlməyə başlayaraq 25 min dollar səviyyəsini keçib. Beləliklə, dünyanın ən böyük kriptovalyutası iyunun 13-dən bəri ilk dəfə 25 min dollarlıq kritik həddi üstələyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et