Müəllif:Ayşən İmanova/Banco.az
Bitkoinin qiyməti 24 saat ərzində 0,22% azalaraq 101 min dolları keçib.
Banco.az xəbər verir ki, bunu “Bitget” kriptovalyuta birjasının məlumatları sübut edir.
Xatırladaq ki, 13 yanvar 2025-ci il tarixli ticarət zamanı bitkoin 18 noyabr 2024-cü ildən bəri ilk dəfə 90 min dollardan aşağı düşmüşdü.
“Bitget Research”ün baş analitiki Rayan Li daha əvvəl bildirib ki, bitkoin, ilk növbədə, investorların önümüzdəki aylarda ABŞ-nin pul siyasəti ilə bağlı narahatlığı səbəbindən azalır.
Ekspert qeyd edib ki, yanvar ayında bitkoinin məzənnəsinə istehlak qiymətləri indeksi ilə bağlı məlumatların dərci təsir edə bilər, bunun əsasında ABŞ Federal Ehtiyat Sistemi əsas məzənnəni saxlaya və ya artıra bilər ki, bu da kriptovalyutalara təzyiqi artıracaq.