Bitkoin 100 min dollara kimi bahalaşa bilər | Banco.az

Bitkoin 100 min dollara kimi bahalaşa bilər

Bitkoinin məzənnəsi 10 ildən sonra 100 min ABŞ dollarına çata bilər. Bu proqnozu Danimarkanın "Saxo Bank" investisiya bankının analitiki Kay van Petersen (Kay van Petersen) CNBC telekanalına bildirib.

Analitikin fikrincə, kriptovalyuta əməliyyatları ABŞ valyuta bazarının orta gündəlik ticarət həcminin 10%-nə çatacaq: "Bitkoinin bazar kapitallaşması isə 1,75 trln. dollara yüksələ bilər. Kripto valyutanın yayılması ödəniş sistemlərinin və köçürmələrin təkmilləşməsi nəticəsində inkişaf edəcək". 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2016-cı ilin dekabr ayında hesabat dərc edən Kay van Petersen bitkoinin 2017-ci ildə 2 000 dollara yüksələcəyini bildirib. Hazırda isə bitkoinin qiyməti 2 400 dollar təşkil edir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et