"Bithesap" - Türkiyənin yeni bitcoin birjası | Banco.az

"Bithesap" - Türkiyənin yeni bitcoin birjası

Türkiyədə fəaliyyət göstərən kriptovalyuta birjalarına daha biri əlavə olunub. Bazarın yeni iştirakçısı “Bithesap” sürətli alqı-satqı sifarişləri olan Bitcoin investorlarının istifadəsinə verilib.

Platformaya çox qısa müddətdə üzv olmaq mümkündür. Üzv olduqdan sonra günlük 500, aylıq 5000 TL depozit və geri çəkmə limitləri var. Qarşınıza 6 üst panel çıxır. Bunlardan birincisi olan “xülasə” bölməsində platformanın ümumi təsviri göstərilib.

2-ci bölmədə Referans proqramıdır. “Bithesap” ən mühüm özəlliklərindən biri olan Referans sistemindən istifadə edən investorlar gəlirlərini artıra bilərlər. Bunun üçün lazım olan şey bu bölmədə olan Referans linkini sosial mediada paylaşmaqdır. Referansa üzv olan istifadəçilərin əməliyyatlarında komission gəlirinin 25%-i Referans verən şəsə çatır. Qazanılan pullar səhifənin aşağısında göstərilir.

“Easy Buy / Sell” 3-cü bölmədir. Bölmə “sürətli Bitcoin alışı” və “sürətli Bitcoin satışı” olmaqla iki yerə ayrılır. Burada cavab erməli olduğunuz tək sual nə qədər Bitcoin almaqla bağlıdır. İstədiyiniz miqdarı daxil edirsiniz. BTC-nin qiyməti isə bazardakı vəziyyətlə eyniləşdirilir. Aşağı alış limiti 50, satış limiti isə 0.001 BTC müəyyən olunub.

Müəyyən bir qiymətə ticarət reallaşdırmaq üçün istifadəçilər 4-cü bölmə olan “Advanced Buy / Sell”-ə daxil olurlar. Böləmin sol tərəfində yer alan Bitcoin alışı və satışı funksiyasından yararlana bilərsiniz. Alış və satış bölməsinin sağında “Gözləyən Bitcoin satış sifarişləri” və “Gözləyən Bitcoin alış sifarişləri” yer alıb. Sıralamanın yuxarısında Bitcoin-in gündəlik qiyməti, 24 saatdakı dəyişikliyi, son gün ərzindəki ən aşağı və yuxarı dəyəri, 24 saatlıq həcmi göstərilib. Səhifənin aşağısında “bazardakı son əməliyyatlar “açıq sifarişlərim”, reallaşan əməliyyatlarım” başlıqları çıxır.

“Hesablarım” bölməsindən istifadəçinin balans məlumatına istinad edilir. Türk lirəsi və Bitcoin üçün ayrı-ayrı balanslar mövcuddur. Səhifədə yer alan “Türk lirəsi yatır”, “Türk lirəsi çək”, “Bitcoin yatır” və “Bitcoin çək” funksiyalarını istifadə edərək köçürmələr etmək olar.

Ana səhifədə qarşınıza çıxan son bölmə isə parametrlərdir.İstifadəçilər bu bölmədən hesablarını tənzimləyə bilərlər. Digər tərəfdən, “Bithesap” platforması birjaların “təhlükəsizlik” problemini inteqrasiya etdiyi 2 mərhələli identifikasiya ilə aradan qaldırır. “Google 2FA”-nın aktiv edilməsi üçün “Google Autheticator”-ı yükləmək lazımdır. Tətbiqin hazırladığı 6 rəqəmli şifrə yalnız 30 saniyə ərzində etibarlıdır. “Google 2FA” aktiv olunduqdan sonra platformaya təkcə davamlı olaraq dəyişən bu parolla daxil olmaq mümkündür.

“Bithesap”-ın digər xüsusiyyəti isə sifarişlərin sürəti ilə bağlıdır. Aşağıda göstərildiyi kimi, sifarişlər 5 millisaniyədən daha sürətli şəkildə reallaşır. Bu da sifarişinizin sürətli həyata keçməsindən dolayı dəyər itkisinə məruz qalmayacağınız anlamına gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Son olaraq platformada mövcud komisyon haqqının çox aşağı olduğu nəzərə çarpır. Komisyon xərcləri təsdiq edilmiş və edilməmiş hesablar üzrə 0,2% tətbiq olunur. Məsələn, 1000 TL dəyərindəki alış əməliyyatında 2 TL komisyon xərci ödənilir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et