Bitcoin'in taleyi necə olacaq? - ANALİZ | Banco.az

Bitcoin'in taleyi necə olacaq? - ANALİZ

 

Analitiklər uzun müddətdir Bitcoin-də mümkün bir “Death Cross” haqqında danışırlar. 200 günlük hərəkətli ortalama, gündəlik qrafikdə 50 günlük hərəkətli ortalamanın üstündən keçdiyində “Death Cross” yaranır. “Death Cross” bir məhsulun qiymətinə göstərdiyi ifrat təsirlərlə tanınır. Çox vaxt bu, səhmlər və ya digər maliyyə aktivlərin bir ayı bazarına dönməsinə işarə edir.

2016-cı ildə Bitcoin-in qiyməti “Death Cross”-a yaxın idi

“Death Cross”-a daha əvvəl bu qədər yaxxın olduğumuz zaman 2016-cı ilin sonlarına təsadüf edir. 50 günlük hərəkətli ortalama 200 günlük hərəkətli ortalamaya yaxınlaşmışdı. Ancaq “Death Cross” baş vermədi. 50 günlük hərəkətli ortalama yuxarı doğru hərəkət etdi. Hadisələr Bitcoin-in qiymətini yeni səviyyəyə daşıdı. aşağı qiymətə alıb baha satanlar böyük mənfəət əldə etdilər, digərləri isə əksinə, itirdilər.

Bu durum bizi yeni investorların tez-tez gözardı etdiyi bazar psixologiyasının vacib bir mövzusuna gətirib çıxarır. Texniki analiz yalnız bazar psixologiyası tərəfindən dəstəkləndiyi zaman işə yarayır. İnsanlar düşündükləri və hiss etdikləri şəkildə bir çox əməliyyat reallaşdıra bilər. Professional investorlar isə bunu bazarları manipulyasiya etmək və məqsədlərinə çatmaq üçün istifadə edirlər. Yatırım qoyarkən duyğulara əhəmiyyət verilməməlidir.

Mənfəətli sərmayə üçün bazar psixologiyasını bilmək lazımdır

Lakin reallıq budur ki, investorların əksəriyyəti bu işdə yenidir. Yəni, onlar bazarların praktikada necə işlədiyini bilmirlər. Bununla yanaşı, “balinalar” adlandırılan yüksək sərmayəli kriptovalyuta investorlarının da tələsinə düşə bilərlər. “Death Cross”-da müşahidə olunan da budur. Əksər investor həyəcanla bəzi gizli fərziyyələrə əsaslanaraq satış reallaşdırdı. Onlar bazarın parçalanacağını və qiymətin əhəmiyyətli dərəcədə düşəcəyini düşünürdülər. Balinaların və ya bazar qurucularının dəyişkən fikirlərini ayırd edə bilmirdilər. Buna görə də ciddi itkilər yaşadılar.

Vaxt gəldi, “Death Cross” baş tutdu. investorlar qiymətin ani eniş yaşamadığını görüb təəccebləndilər. Əvəzində, Bitcoin qısa müddətlik yüksəliş qazandı. Ancaq qarşıdakı bir neçə həftə ərzində BTC-ni 2018-ci ilin zirvəsinə çatdıracaq “öküz bazarı”ndan əvvəl enişlər davam edə bilər. Bu yeni mərhələ real gözləntilərin və bazar psixologiyasının dəqiq anlaşılmasının vacibliyi vurğulayır. Əvvəllər Bitcoin-dən yalnız texnologiya həvəskarları xəbərdar idi. Hazırda isə çoxlu sayda investor kriptovalyuta sahibidir. Növbəti mərhələdə təşkilatların da oyuna qatılacağının şahidi olacağıq. Hər yeni oyunçunun daxil olması paradiqma növbəsi yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et