Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.
Bitcoinin qiyməti bu gün 1,81% azalaraq 3 min 595 dollara enib. Xatırladaq ki, 11 yanvar Bitcoinin qiyməti 3 min 673 dollar olmuşdu.
Ethereum və Bitcoin Cashin də qiyməti azalıb.
Ethereum 5,02% ucuzlaşaraq 119 dollar, Bitcoin Cash də 5,14% ucuzlaşaraq 128 dollar olub.
Dünyanın 100 əsas kriptovalyutasından 12-i bahalaşıb, qalan 88-i isə ucuzlaşıb.
Ən çox bahalaşan coin “Tron” (10,9%), ən çox ucuzlaşan coin isə “HyperCash” (-17,40%) olub.
Fed.az