Bitcoin qiymətini bir neçə saatda $400 itirdi (C,NDAQ) | Banco.az

Bitcoin qiymətini bir neçə saatda $400 itirdi (C,NDAQ)

Bitcoin-in qiyməti, ötən gün ((GMT-5) May 25, 2017 özünün maksimumuna  - bir bitcoin üzrə $2791 dollara çatsa da, Bitcoin Price Index (BPİ) CoinDesk-ə istinadən qiymətlə bağlı eyforiya uzun çəkməyib, saat 14:30-də qiymət artıq $2400 dollara enib.

Bitcoinin qiymətində yüksəliş Asiyalı investorların ona marağının artması ilə əlaqələndirilir. Xüsusən də aprelin 1-dən bəri, Yaponiyda Bitcoin ödəniş vasitəsi kimi qəbul olunub. Məhz bundan sonra Yapon valyutası (yen) ilə keçirilən əməliyyatların sayı 30%-i üstələyib. Asiya valyutaları isə keçirilən əməliyyatların cəmi həcmi isə 58%-dən çoxdur. 15% Çin yuanın, 12% isə Cənubi Koreya vonun payına düşür, bu haqda CryptoCompare məlumat verir. 

Ən sərfəli kredit üçün müraciət et

Digər analitiklər isə bu yüksəlişi  block-chain ilə bağlı bağlı bank texnologiyalarının gündəmə gəlməsi ilə izah edir. Misal üçün mayın 22-də Citigroup Inc (C) özlərinin "CitiConnect for Blockchain," adlı kobrend məhsulunu təqdim edib, hansı ki fərdi qiymətli kağızlar üçün  görünməmiş tranzaksiya prosessi vəd edir.