“Bitcoin”in qiyməti 45 min dolları ötdü | Banco.az

“Bitcoin”in qiyməti 45 min dolları ötdü

Müəllif:Mehin Qasımova/Banco.az 

"Bitcoin"in qiyməti 5 aprel 2022-ci ildən bəri ilk dəfə 45 min dolları ötüb.

Banco.az xəbər verir ki, bu barədə Coindesk platforması məlumat yayıb.

Ən populyar kriptovalyutanın dəyəri 6,33% artaraq 45 173 dollara çatıb. 

Bundan əvvəl, dekabrın 3-də "Bitcoin"in qiyməti 2022-ci il aprelin 10-dan sonra ilk dəfə olaraq 42.000 dollara yüksəlmişdi.

Qeyd edək ki, "Bitcoin" son vaxtlar davamlı olaraq bahalaşır. Glassnode analitik platformasına görə, "Bitcoin" 2023-cü ildə 140% artacaq. O, həmçinin keçən il rəqəmsal aktiv ekosistemində ən yaxşı performans göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram