"Bitcoin"in dəyəri tarixi maksimumu yeniləyib | Banco.az

"Bitcoin"in dəyəri tarixi maksimumu yeniləyib

Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"nin dəyəri 5%-dən çox artaraq 49 716 ABŞ dolları təşkil edib.

Ticarət zamanı kriptovalyutanın dəyəri hətta 49 998 dollara çatıb, lakin artım səngiyib və 50 min dollarlıq psixoloji həddə çatmayıb.

Qeyd edək ki, hazırda kriptovalyuta bazarında "Bitcoin"in dövriyyəsi 918,164 mlrd. dollar təşkil edir. Son 24 saat ərzində "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi 9,5% azalaraq 71,986 mlrd. dollara enib. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et