"Bitcoin" yenidən bölünə bilər | Banco.az

"Bitcoin" yenidən bölünə bilər

"Bitcoin" 2017-ci ildə yenə də bölünə bilər. Bununla da virtual pulun üçüncü versiyasının yaranması mümkündür. 

Xarici mətbuata istinadən xəbər verilir ki, "Bitcoin"in üçüncü versiyasının noyabrda bazara təqdim ediləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, dünyanın məşhur kriptovalyutası “Bitcoin” avqust ayının 1-dən iki virtual valyutaya bölünüb - klassik “Bitcoin” və “Bitcoin Cash”.

Bu addım əməliyyatların sürətini artırmaq üçün atılıb.

Mənbə: Oxu.az