"Bitcoin" və "Ethereum" ABŞ kriptovalyuta ehtiyatının əsasını təşkil edəcək.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social-da yazıb.
"Və açıq şəkildə BTC və ETH, eləcə də digər qiymətli kriptovalyutalar ehtiyatın mərkəzində olacaq. Mən də Bitcoin və Ethereum-u sevirəm. Strateji ehtiyata Cardano (ADA), Solana (SOL) və Ripple (XRP) kriptovalyutaları da daxil olacaq. ABŞ-ın kriptovalyuta ehtiyatı Bayden administrasiyasının uzun illər korrupsiya hücumlarından sonra bu kritik sənayeni yüksəldəcək. Mən ABŞ-ı dünyanın kripto paytaxtı edəcəm. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik!" – deyə ABŞ prezidenti bildirib.