"Bitcoin və blockchain Twitterin gələcəyidir" | Banco.az

"Bitcoin və blockchain Twitterin gələcəyidir"

Bitcoin tərəfdarı kimi tanınan Twitter-in baş direktoru Jack Dorsey “Oslo Freedom Forum 2020“-də çıxışı zamanı bitcoin və blockchain texnologiyasını “twitterin gələcəyi” adlandırıb. Dorsey qeyd edib ki, Twitter daima platformanın təhlükəsizliyi üzərində işləyir ancaq “birdəfəlik təhlükəsiz sistem” etmək mümkün deyil – bunun sonu olmayan bir prosesdir. O, həmçinin yeni yaradılan Blue Sky şirkətinə blockchain əsaslı platforma və açıq Twitter protokolu yaratmaq üçün memarlar, mühəndislər və dizaynerlər axtarıldığını elan edib.

Jack Dorsey: “Blockchain və Bitcoin gələcəyə işarədir. Onlar şəbəkəyə qoşulmuş hər bir qovşaqda qeyd olununan və hər kəsə əlçatan olankontentin mövcud olduğu bir dunyaya işarə edirlər. Bitcoin-in əsas məqsədi, etibarın mümkün olmadığı bir mühitdə, məsələn İnternetdə, etibarlı bir sistem təmin etməkdir.”Bundan əlavə, Jack Dorsey-nin rəhbərlik etdiyi Square ödəmə şirkəti, kripto-valyuta sənayesində “patent trollinq”-lə mübarizə aparmaq üçün Cryptocurrency Open Patent Alliance (COPA) konsorsiumunu yaratmışdı.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et