Son 24 saatda kriptovalyutaların ümumi dəyərində 22 milyard dollar azalma müşahidə olunub. Bununla da bazar həcmi 343 milyard dollardan 321 milyard dollara enib. Bitcoin 5% ucuzlaşıb, digər altcoinlərdə də eniş yaşanıb. Hətta bir çox altcoin 7%-dən çox dəyər itirib.
Ötən həftə kriptovalyuta bazarı üçün sabit keçirdi. Buna baxmayaraq, kriptovalyutalarda ciddi artım baş vermədi. Bazarda stabillik olsa da, həcmdə artım olmaması investorlara qısa perspektivdə mənfəət qazandırmayıb.
Ötən həftə Peter Brandtın da aralarında olduğu bir çox kriptovalyuta mütəxəssisi Bitcoin-in qısa müddətdə yuxarı doğru bir təcil qazanacağını iddia etmişdi. Lakin gözlənilən olmadı və buğalar bazara girə bilmədi. Brandt Bitcoin-in müəyyən qədər artacağını proqnozlaşdırırdı.
Kriptovalyuta analitiki Villi Vuu Bitcoin-in həcminin artmaması və bazardakı yüksək dəyişkənliyin artması durumunda 6500 dollara, daha sonra isə 5500 dollara qədər geriləmənin baş verə biləcəyini qeyd etmişdi. Mayın 25-də Vuu bunları bildirmişdi:
“Fikrimcə, Bitcoin yenə 5500 və 5700 dollar səviyyələrinə qədər geriləyəcək. 7000 dollar səviyyəsində hər hansı dəstək görmürəm. Bazardakı dalğalanma çox yüksəkdir”.
Vuu qısa perspektivdə Bitcoin-ə qarşı olduqca şübhəli yanaşmasına baxmayaraq, orta perspektivdə təşkilati investorların hərəkətə gətirməsi nəticəsində buğaların yenidən bazara girəcəyini düşünür.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.