"Bitcoin valyuta deyil" - Corc Soros | Banco.az

"Bitcoin valyuta deyil" - Corc Soros

"Bitkoin valyuta deyil. Çünki, valyuta sabit investisiya vasitəsi olmalıdır. Gün ərzində məzənnəsi 25% dəyişən valyuta ilə maaş ödəmək olmaz. Bu, əsasında yalan təsəvvürlər dayanan spekulyasiyadır". 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı milyarder-investor Corc Soros (George Soros) Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda deyib.

Ən sərfəli kredit üçün müraciət et

"Kriptovalyutalara vəsait qoyuluşu, onlardan hesablaşma vasitəsi kimi istifadə məqsədəuyğun deyil. Kriptovalyutaların əsasını təşkil edən blokçeyn texnologiyalarından isə gələcəkdə müsbət məqsədlər üçün istifadə etmək bilər. Hazırda isə kriptovalyutalardan vergidən yayınma üçün istifadə olunur", - deyə o, qeyd edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et