Bitcoin sürətlə ucuzlaşdı | Banco.az

Bitcoin sürətlə ucuzlaşdı

Bitcoin-in qiyməti bazar günü bir saatda 500 dollar enərək 6700 dollar oldu və beləcə, son 2 ayda ən aşağı nəticə qeydə alındı.

“CoinMarketCap”-in məlumatına görə, Bitcoin hazırda 6727 dollar civarındadır. “CoinDesk” kimi saytların qiymət indekslərinə əsasən, Bitcoin bu gün 6646 dollaradək geriləyib və bu, aprelin 10-dan bu yana ən aşağı qiymətdir.

Bitcoin-in 7470 dollar səviyyəsində sağlam dəstək tapmağa çətinlik çəkdiyi görünür.

Bitcoin fevralda 5900 dollara enmiş, lakin sonra toparlanmışdı. Hazırki enişin nəticəsini isə zaman göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bazarda ümumilikdə durğunluq yaşanır. Ümumi bazar həcmi 340 milyard dollardan 295 milyard dollaradək azalıb. Bu da son iki ayın ən uğursuz göstəricisidir.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et