Bitcoin son 1 ayda 11% dəyər itirib | Banco.az

Bitcoin son 1 ayda 11% dəyər itirib

Son 1 sutka ərzində Bitcoinin qiyməti azalıb.

Bitcoinin qiyməti bu gün 3,87% azalaraq 3 min 590 dollar olub.

Qeyd edək ki, Bitcoinin son 1 ayda qiyməti 11,37% azalıb.1 ay əvvəl yəni, dekabrın 21-i Bitcoinin qiyməti 4 min 51 dollar idi.

Eyni zamanda Ethereum və Bitcoin Cashin də qiyməti azalıb.

Ethereumun dəyəri 6% azalaraq 117 dollar, Bitcoin Cash də 5,48% azalaraq 123 dollar olub.

Dünyanın 100 əsas kriptovalyutasından 15-i  bahalaşıb, qalan 85-i isə ucuzlaşıb.

Ən çox dəyər qazanan coin 25,87% artıma malik olan “TenX” olub.Onun qiyməti 0,07 sentdir.

Ən çox ucuzlaşan coin isə 14,52% dəyər itirən “Holo” olub. "Holo"-un qiyməti 45 sentdir. "Holo" 1 həftədə 2,8 dəfə artıb.

Kriptovalyuta bazarının ümumi dəyəri hal-hazırda 119 447 851 396 dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et