“Bitcoin” nə vaxta qədər bahalaşmağa davam edəcək? | Banco.az

“Bitcoin” nə vaxta qədər bahalaşmağa davam edəcək?

 Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Bitcoin”in məzənnəsi 2021-ci ilin noyabr ayından bəri ilk dəfə  təxminən 8 min dollar bahalaşaraq, 60 min dolları ötüb.

“Bitcoin”in ən yaxın izləyicicisi “Etherium”un qiyməti də bahalaşaraq, ortalama 3350 dollara çatıb.

Qiymətlərin sürətlə dəyər qazanmasının əsas səbəbi barədə danışan kriptovalyutalar üzrə ekspert Elnur Quliyev hesab edir ki, böyük spekulyativ komponentdən başqa “Bitcoin”nin dəyərinin bu qədər sürətli artması üçün hər hansı ciddi əhəmiyyət kəsb edən fundamental səbəb yoxdur:

ETF fondlar vasitəsilə kriptovalyuta bazarına güclü kapital axını var amma indiki vəziyyətdə qlobal makroiqtisadi mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu ABŞ Federal Ehtiyatlar Sistemi (FES) oynayır. FES ümumi investisiya mühitinə uçot faiz dərəcəsi qərarı və Bank Müddətli Maliyyələşdirmə Proqramı (Bank Term Funding Program) ilə təsir edir. Böyük ehtimal ki, yaxın aylarda uçot faiz dərəcəsi endiriləcək. Uçot dərəcəsinin aşağı salınması dolların likvidliyi artırır, kreditlər ucuzlaşır və nəticədə investisiya mühitinə müsbət təsir edir. Bütün bunlar iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verir”.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda texniki analiz baxımından bütün indikatorların yüksəliş dinamikasını nümayiş etdirdiyini vurğulayan ekspert qeyd edib ki, qiymət 50 həftəlik və 200 həftəlik hərəkətli ortalamalardan yuxarıdır.

“Bu, uzunmüddətli yüksəliş trendini göstərir. Hazırda “Bitcoin” üçün görünən yeganə müqavimət səviyyəsi - tarixi maksimum qiyməti olan 69.000 dollardır. Qalan bütün müqavimət səviyyələri demək olar ki, artıq tamamlanıb. Əgər hər hansı bir səbəbdən ciddi qiymət düşməsi baş verərsə bu zaman, güclü dəstək səviyyələri təxminən 50.500 və 48.800 dollar ətrafında olacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram