“Bitcoin kütləvi ödəniş vasitəsi ola bilər” - PayPal | Banco.az

“Bitcoin kütləvi ödəniş vasitəsi ola bilər” - PayPal

Onlayn ödəniş platforması olan “PayPal”-ın maliyyə işləri direktoru Con Reyney “The Wall Street Journal”-a (WSJ) verdiyi açıqlamada Bitcoin haqqında danışıb. Reyney kriptovalyutaların liderinin gələcəkdə məşhur ödəniş metodu kimi istifadə oluna biləcəyini qeyd edib.

19 fevral 2018-ci il tarixində hazırlanan “kripto faktoru” adlı reportajda Reyney dünyanın ən böyük ödəniş platformalarından olan “PayPal”-ın Bitcoin-i ödəmə metodu kimi qəbul edən ilk şirkətlərdən biri olduğunu vurğulayıb.

Ancaq o, “WSJ”-yə verdiyi açıqlamada bu ifadələri səsləndirib:

“Bitcoin-in qiymətində müşahidə olunan dəyişkənlik nəzərə alındıqda onun ödənişlər üçün etibarlı olmadığı qənaətinə gəlmək olar. Əgər ticarət vasitəsilə pul qazanan fərdsinizsə və hədəflədiyiniz mənfəət 10 %-sə, Bitcoin ilə ödəniş sizin üçün riskli sayılır. Ödəmə üsulu olaraq qəbul etdiyiniz bu kriptovalyuta bir gündə 15 %-ə qədər dəyər itirə bilər və bu durum sizin həmin əməliyyatdan zərər görməyinizə imkan yaradar”.

Reyney ona ünvanlanmış “kriptovalyutaların gələcəkdə geniş istifadə olunan ödəniş üsulu olub-olmayacağı” sualına cavab olaraq “böyük ehtimalla olacaq” deyə cavab verib.

Bu mözu haqda sözlərinə belə davam edib:

“Bitcoin-in əsaslandığı texnologiya maraqlı bir yenilik təklif edir. Ancaq hələ də bu kriptovalyutanın hər gün istifadə edilən bir valyuta vahidi ola bilməsi üçün zamana ehtiyacı var”.

“PayPal”-ın qurucu ortağı Maks Levçin ötən ilin dekabrında blockchain texnologiyasının inqilab etdiyini vurğulamışdı. Digər tərəfdən, kriptovalyuta birjası “Coinbase” keçmiş “PayPal” rəhbəri Devid Markusu dekabrda idarə heyətinə cəlb etdiklərini ictimaiyyətə açıqlamışdı.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et