“CNBC’s Fast Money”-in böyük dəstəkçisi, BKCM-nin qurucusu və CEO-su Brayan Kelli bir sonrakı böyük bitcoin macərasını tezləşdirə biləcək əsas ünsürü ortaya qoyub.
3 faktor
Kellinin fikrincə, Bitcoin-in qiymətini 12-14 min dollara yüksəldəcək üç təməl faktor, “Goldman Sachs” kimi bankların girişi, tənizmləyicilərin Bitcoin-in qanuniliyi üzərində dəqiqliyi və mayın 14-də Nyu-Yorkda blockchain həftəsinin başlamasıdır.
Bu həftənin əvvəllərində “Goldman Sachs” bankın müştərilərinin Bitcoin və kriptovalyuta bazarına investisiya qoymalarına icazə verəcək kriptovalyuta əməliyyat masasının inkişaf etdirilməsinə başlandığını rəsmən təsdiq etdi. “Goldman Sachs” rəhbərləri Bitcoin-i alternativ bir dəyər anbarı olaraq istifadə etmək istəyən müştəri tələblərinin bankı Bitcoin ticarətini dəstəkləməyə təşviq etdiyini vurğulayıb.
“Goldman Sachs”-ın rəhbəri Rana Yared bankın rəhbərləri tərəfindən Bitcoin-ə istiqamətli şübhələrə baxmayaraq, müştəridən gələn həddindən artıq tələb səbəbiylə Bitcoin-i mənimsəməyə qərar verdiklərini söyləyib:
“Özümü Bitcoin-in dünyanı ələ keçirəcəyinə inanaraq oyanan biri hesab etmirəm”.
“VISA” idarəçisi və Bitcoin Fondunun rəhbəri Con Matonis ilə eyni fikirdə olan Kelli “Goldman Sachs” kimi böyük investisiya banklarının bazara əhəmiyyətli bir axıcılıq gətirə biləcəyini və ənənəvi maliyyə sektorunda sərmayəçilərə yeni bir varlıq sinifi olaraq kriptovalyutaları tanıda biləcəyini söyləyib.
Matonis “fikrimcə bu qərar bazara yeni bir axıcılıq gəticəyinə görə, çox müsbət məqamdır. Gələcəyin bazarlarına istiqamət verəcək”, – deyə bildirib. Satışa çıxarıla bilən Bitcoin vasitələrinin sayının artmasının kriptovalyuta bazarının yetkinləşməsini təmin edəcəyini də əlavə edib.
Bitcoin bir səhm deyil!
Qeyri-kommersiya təşkilatı olan “Coin Center”-in məlumatına görə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) da Bitcoin-in qiymətli kağız hesab edilmədiyini açıqlayıb.
SEC-in rəhbəri Cey Kleyton Bitcoin-in dəyişmə vasitəsi və kriptoəmlak olduğunubildirib. Onun fikrincə, Bitcoin vahid təşkilata, quruma və ya şirkətə fayda verməyəcək.
O, həmçinin bunları əlavə edib:
“Bu, kompleks bir sahədir. Çünki fərqli kriptovalyuta növləri var. Ən illüstrativ dəyişiklik vasitəsi Bitcoin-dir”.
Kelli bu 3 faktorun Bitcoin-in qiymətinin 10 min dollara yüksəlməsinə və qısa müddətdə potensial olaraq böyük dəstək səviyyələrinə çatmasını təmin edəcəyini bildirib.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.