Üç aylıq gərgin aydan sonra Bitcoin tarixdəki ən böyük göstəricisinin yarısını itirdi. Ancaq hal-hazırda yüksəlişdədir. Bitcoin-in qiymətini yenidən 20 min dollardan da yuxarı qaldıracaq 5 amili təqdim edirik:
1. Daha yaxşı təhlükəsizlik alt quruluşu
Bitcoin-in böyük yüksəliş əldə etməsi üçün bəzi dəyişikliklərə ehtiyacı var. Bunlardan biri dəyər vahidi olaraq istifadə olunması və mübadilə vasitəsi olmasıdır. Bundan da vacib şey təhlükəsiz infrastukturdur. “Block Star”-ın CEO-su Kristian Ferri məsələ ilə bağlı bunları deyib:
“Bitcoin-in gələcəkdə qızıl kimi dəyər müəyyən etmə vasitəsi olduğunu düşünsək, daha yaxşı təhlükəsizlik avadanlığı olduqca arzuolunandır. Bu da istifadəni artıracaq və inkişafa təkan verəcək. Belə bir sistemin vacib olduğunu düşünürəm”.
2. Qiymətlərdəki sabitlik
Təhlükəsizliyin təmin olunması Bitcoin-i zirvədə saxlayacaq yeganə şərt deyil. Bitcoin-in qiymətindəki sabitlik bu baxımdan çox vacibdir. Ferri bununla bağlı aşağıdakıları qeyd edib:
“Əgər Bitcoin gerçək bir mübadilə vasitəsi kimi istifadə ediləcəksə, bunun baş verməsi üçün qiymətin sabitləşməsi lazımdır. Bu təmin edildiyi təqdirdə, bir fincan qəhvənin qiyməti də sabit qalar. Kimsə bir fincan qəhvəyə 5 dollar verdiyi halda ertəsi gün 50 dollar verməz”.
3. Böyük investorlar gəlməlidir
Bitcoin ötən ilki rekordunu yeniləmək üçün çoxlu sərmayənin cəlb olunmasına ehtiyac var. Ənənəvi birjalar və investisiya bazarlarının liderlərinin kriptovalyuta bazarına cəlb olunmasının Bitcoin-in qiymətinə müsbət təsir göstərəcəyinə inanan “Foundation”-ın rəhbəri Pol A. Teylor bunları söyləyib:
“Böyük investorların pullarını kriptovalyuta sektoruna yatırması müsbət nəticə yaradacaq və qiymətlər yüksələcək”.
“CrowdFundX”-un təsisçisi Derrn Marbl aşağıdakıları bildirib:
“Bu mərhələdə böyük investorların Bitcoin-in qiymətini artıracaq açarı əllərində saxladığını söyləmək mümkündür. Likvidlik, təhlükəsizlik, ICO-lar və sair dedikdə bu səbəblərdən dolayı böyük investorun bazara girdiyini söyləmək olmaz. Ancaq bu durum dəyişə bilər”.
4. Tənzimlənmiş birjalar
Bəzi varlı ailələrin investisiya şirkətləri Bitcoin almaq üçün sektora daxil oldular və bəziləri də araşdırmaya davam edir. Bununla yanaşı, nvestisiya firmalarının şouya qatılması əsas məsələlərdəndir. Hazırda kriptovalyuta birjalarının kiber hücumlara məruz qalması, təhlükəsizlik problemləri investorlara problem yaradır. Ancaq birjaların tənzimlənməsi bunu dəyişə bilər.
Derrn Marbl mövzuyla əlaqəli bunları söyləyib:
“NASDAQ”, “Coinlist” və “tZERO” kimi tənzimlənmiş birjalar kriptovalyutalara üstünlük versələr, əşkilati investorlar da işin içinə girə bilər. Bu baş tutarsa, bazarda dövriyyədə olan pul 1 milyard dolları keçər. Bu da Bitcoin-in yüksəlməsinə təkan verər”.
5. Birja investisiya fondlarının daxil olması
Kriptovalyuta qaynaqlı fondların da prosesə daxil olması Bitcoin qiymətlərini yüksəldə bilər. BitcoinIra.com saytının rəhbəri Kris Klayn bunları söyləyib:
“Kriptovalyuta qaynaqlı birja investisiya fondlarının işin içinə girməsi broker şirkətləri üçün daha asan ticarət mühiti yaratmaq deməkdir. Bu da kriptovalyutaların qiymətinə müsbət təsir göstərəcək”.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.