Bitcoin-ə tətbiq olunan yenilik əvvəlkilərdən fərqlənir. Səthi bir şəkildə “Segwit” üzərində dəyişikliklər etmək və blok ölçülərini tənzimləmək əvəzinə “Bitcoin Private” (BTCP) “zk-Snarks” funksiyalarını əlavə edir. Bu gizlilikartırıcı xüsusiyyət ZCash, ZClassic və ZenCash kimi Z coin qəbilindən olacaq.
Vəzifə: Bitcoin-i yenidən gizli etmək
Bütün forklar kimi “Bitcoin Private”-in də bəzi mübahisəli aspektləri var. Bitcoin-in əsasını təşkil edən kod illərdir dəyişmir, qanuni tətbiqlər, IRS və Blockchain texnologiyası ilə məşğul olan digər təşkilatlar əməliyyatları izləyə bilmir. Əvvəlki dövrdən fərqli olaraq tez-tez yoxlamalar, birjalara dövlət tərəfindən müdaxilə və məlumatlandırmanın artması Bitcoin-in gizliliyini xüsusilə riskli edir. Monero kimi gizlilik əsasında qurulmuş coinlərin yüksəlişi bu cür hadisəlrə həll məqsədi daşıyır.
Fevralın 28-də BTC və ZCL cüzdanlarında olan hesabların sürəti çıxarılacaq. Hesablarda saxlanılan ZCL və ya BTC-ləriniz 1:1 nisbəti ilə “Bitcoin Private” ilə ödəniləcək. BTC və ZCL-in dövriyyədəki miqdarı birləşdirilərək 20 milyon coin hazırlanacaq. Haçalanma ötən ilin sonlarında açıqlandıqda ZClassic-in dəyəri dekabrın 22-də 4 dollardan 97 dollara qədər artmışdı. Haçalanmanın olma tarixinin qeyri-dəqiqliyi ilə ZClassic artmağa davam edəcək.
Ağıllı, yoxsa qeyri-adi taktika?
Bir çox Bitcoin forkunun əksinə olaraq, BTCP-yə xüsusi diqqət ayırıldığı görünür. Düzgün bir tərtibatçı komandaya sahibdir və kodları hərtərəfli sınaqdan keçmə prosesindədir. Haçalanmanın gec açıqlanmasının səbəblərindən biri də BTCP cüzdanlarının sınaqdan keçirilməsini gözləmək oldu. “Github” fəaliyyəti və səhvləri ilə dolu cüzdanlarla üzləşmişdi. BTCP komandası bitcoin gold kimi haçalanmalara rahatlıq verməmək üçün bu cür problemlərin təkrarlanmasının qarşısını almağa çalışır.
“Bitcoin Private”-in təqdim olunmasındakı ən böyük sual “niyə?”dir. Hal-hazırda ZClassic və digər Z coinlərindəki gizlilik texnologiyasını döngədən çıxarmaq üçün niyə bu qədər əziyyət çəkirlər? İkinci sual ZClassic-ə haçalanmadan sonra nə olduğu ilə bağlıdır. ZClassic haçalanmadan sonra böyük ehtimalla buraxılacaq. Son olaraq BTCP-ni hansı birjaların dəstəkləməsi sualı gəlir.
Hazırda “Bittrex” və “Cryptopia” ZClassic ticarəti aparılan birjalardır. Bu platformaların BTCP-ni yayacağı təxmin edilir, lakin hələ ortada dəqiq məlumat yoxdur. “Coinomi” cüzdanı haçalanmanı dəstəkləyəcəyini açıqlayıb və BTCP qrupu Binance-da siyahıya alınmaq üçün müraciət edib. Nə qədər Bitcoin sahibinin BTCP-yə malik olmağa çalışdığını bilmək maraqlı olacaq. Nəticələr hər nə qədər dəqiq olmasa da, hansı Bitcoin sahibinin gizliliyi ilə maraqlandığının şahidi olacağıq. Əgər BTCP bazarda müəyyən dəyərə sahib olsa, çoxları coinlərini nağdlaşdırmaq istəyəcək.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.