Bitcoin-in ənənəvi valyutalarla müqayisədə hansı üstünlükləri var? | Banco.az

Bitcoin-in ənənəvi valyutalarla müqayisədə hansı üstünlükləri var?

Bitcoin – anonim, sürətli və rahat ödəmələr təklif edən və mərkəzi idarəetmə orqanı olmayan rəqəmsal valyutadır. Bitcoin-in ənənəvi valyutalardan əsas üstünlükləri aşağıdakılardı:

1. Təhlükəsizlik, etibarlılıq və şifrələmə – Bitcoin şəbəkəsindəki məlumatlar çox yaxşı qorunur. Göndərənin və ya alıcının kimliyini heç kim bilmir. Şifrələmə sistemi əməliyyatlardakı iştirakçıların tam adsızlığını təmin edir.

2. Kiçik əməliyyat xərcləri – Bitcoin şəbəkəsindəki məlumatlar çox yaxşı qorunur. Göndərənin və ya alıcının kimliyini heç kim bilmir. Şifrələmə sistemi əməliyyatlardakı iştirakçıların anonimliyini təmin edir.

3. Əməliyyatların sürəti – Bitcoin şəbəkəsində əməliyyatlar çox sürətlə həyata keçirilir, əksər hallarda isə ödəmələr dərhal olur. BTC-lər eyni cüzdanlar arasında gönədərilən zaman bir neçə saniyə, müxtəlif cüzdanlar arasında olarkən isə dəqiqələr ərzində hesaba oturur.

4. Vasitəçilərin olmaması – Bitcoin üçüncü tərəflərə və vasitəçilərə ehtiyacı aradan qaldırır. Köçürmədə iştirak edən yeganə tərəflər göndərən və alıcıdı.

5. Maliyyə senzurasının olmaması – Bitcoin şəbəkəsində ünvan və cüzdan sayı, köçürmə məbləği və balansda vəsait limitləri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bitcoinlərin kimdən və necə köçürüldüyünə heç kim nəzarət etmir.

6. Rəqəmsal vəsaitlərinizə tam nəzarət – Bank köçürmələrindən fərqli olaraq Bitcoin əməliyyatları dəyişdirilə, dondurula və ya ləğv edilə bilməz. Sizin razılığınız olmadan vəsaitləriniz heç bir yerdə istifadə edilə bilməz.

7. Mərkəzi idarəetmənin olmaması – De-mərkəzləşmə bitcoin şəbəkəsinin heç kimin idarə etməməsi deməkdir. Mərkəzləşdirilmiş strukturlardan fərqli olaraq, heç kimin təkbaşına dəyişiklik etmək hüququ yoxdur. Bitcoin dövlətlərin siyasi və iqtisadi vəziyyətdən, Mərkəzi Bankların monetar siyasətlərindən asılı deyil, dövlətlərin iqtisadi tənəzzül və ya defoltdan təsirlənmir.

Ən sərfəli kredit üçün müraciət et

8. İstifadə rahatlığı – Bitcoin qəbul etmək və göndərmək üçün elektron cüzdan tətbiqini yükləməyiniz kifayətdir. Hesabınızda olan vəsaitlərinizi istifadə etmək üçün şəxsiyyətinizi təsdiqləməyiniz, əlavə sənədlər yükləməyiniz və ya qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.

9. “0” inflyasiya təsiri – Bitcoin ənənəvi mənada inflyasiyaya tabe deyil. Bitcoin sayı məhduddur və maksimum 21.000.000 ola bilər. 90% bitcoin artıq mayninq edilib və sonuncu bitcoin 2140-cı ildə əldə ediləcək. “bitcoin halvinq” isə inflyasiya prosesini minimuma endirir.

10. Blockchain – Bitcoinlərin şəbəkədə olmasını, onların üçotunu və hesabatlığının aparılmasını blockchain texnologiyası təmin edir.  Bu texnologiya ilk kriptovalyutanın yaranması ilə tanındı və ilkin dövrlərdə blokçeyn yalnız maliyyə sektorunda istifadə olunması düşünülürdüsə hazırda bu texnologiyanı istənilən digər qeyri-maliyyə sektorlarında da tətbiqi araşdırılır.

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram