Əgər bu yazını oxuyursunuzsa demək ki bitcoin haqqında maraqlanan insansınız. Ancaq ola bilər ki bitcoinin tam olaraq nə olduğunu bilmirsiniz.
Sahib olduğunuz ya da sahib olacağınız bitcoinlərə yatırım etmək üçün bir hesaba ehtiyacınız var. Bu hesabı pullarınızı saxladığınız bank kimi təsəvvür edin. Bitcoin hesabını pulsuz açmaq üçün yüksək səviyyədə təhlükəsizliyə sahib olan Bter adlı internet saytından istifadə edə bilərsiniz.
Bu saytda qeydiyyatdan keçdikdən sonra saytın üst hissəsindəki menyuda görünən Account (Hesab) menyusundan Balance (Miqdar) alt menyusunu seçmək lazımdır.
Seçdikdən sonra açılan yeni səhifədə Type başlığının altında ikinci sırada yerləşən BTC yazısını tapın.
BTC yazısının yerləşdiyi sətirin sağ tərəfindəki Deposit linkinə daxil olun və açılan səhifədə gördüyünüz rakamlardan ve hərflərdən ibarət adres sizin Bitcoin adresinizdir. Daha sonra bütün əməliyyatlarda burada gördüyünüz adresdən istifadə edərək bu adresə Bitcoin göndərəbilər ya da Bitcoinlerinizi satabilərsiniz.
Bter adlı bu saytda pulsuz hesab açan zaman sizə sadəcə Bitcoin hesabı yox eyni zamanda LTC coin kimi fərqli altcoin hesaplarını da pulsuz açacaq. Saytda Bitcoin sərmayə etmək üçün minimal limit yoxdur. 1 Centlik olan bitcoinlərinizi belə hesabınıza yatıra bilərsiniz.
Saytdak Trade bölməsi ilə bitcoinlərinizi Avro və ya Dollar kimi məzənnələrə dəyişə bilərsiniz. Bu əməliyyatları etmək üçün Deposit yazısının sağında yerləşən Trade linkinndən istifadə edə bilərsiniz.
Bitcoinlərin başqa bir hesaba göndərilməsi
BTER saytında yerləşən Account adlı üst menyunun altında yerləşən Balance menyusunu seçirik. Açılan səhifədə Type başlığının altında yerləşən BTC adlı sətirin sağında Withdraw adlı linkə daxil oluruq.
Açılan səhifədə Withdrawa linkinə daxil olaraq bu hesapda olan Bitcoinlərinizi istədiyimiz başqa bir Bitcoin hesabına göndərə bilərik.
Transferin məbləği göndərilən məbləğin 1 faizi + 0.0006 Bitcoin kimi hesablanır.
(Əməliyyat 1-2 saat içində yerinə yetirilir.)
Bitcoinin sabit qiyməti yoxdur, daim dəyişir. Bitcoin özü isə getdikcə daha da məşhur valyuta olmağa başlayır. Hətta dünyanın böyük şirkətləri artıq bitcoin vasitəsi ilə ödəmə də qabul etməyə başlayıblar.
©Bizplus.az