Bitcoin əməliyyat həcmi sürətlə aşağı düşdü | Banco.az

Bitcoin əməliyyat həcmi sürətlə aşağı düşdü

Son 7 günlük Bitcoin əməliyyat həcmi ötən 2 ilin ən aşağı səviyyəsinə düşüb. 2016-cı ilin mart ayından bu yana ilk dəfə 160000-dən aşağı nəticə qeydə alınıb.

Təsdiqlənən günlük Bitcoin əməliyyat həcmi son iki ildə əş aşağı səviyyədədir

“Blockchain.info”-nun məlumatına görə, son 7 gündəki nəticə 150 min civarında olub. 16 dekabr 2017-ci ildə təxminən 350 min əməliyyat sayı qeydə alınmışdı.

Hazırki göstərici 2016-cı ilin martında qeydə alınmışdı. O zaman Bitcoin-in qiyməti 400-450 dollar arasında dəyişirdi.

Dəyişən bazar seqmenti

Əməliyyat həcmindəki bu enişin bəzi analitiklər tərəfindən Bitcoin bazarları üçün də eyni şəkildə eniş göstərdiyini söyləyir.

“Newscape Capital Group”-un baş investisiya direktoru Çarls Morris əməliyyat həcminin qiymət istiqamətindəki hərəkətləri təmsil etdiyini bildirib.

“Bir çılğınlıq vardı və indi də bazar getdikcə soyuyur. Yəni, ayı dövrünə giririk”.

“Multicoin Capital”-ın əməkdaşı Kayl Samani əməliyyat həcmindəki azalmanı “Tacirlər, ödəmə prosessorları və onlayn qumarın” Bitcoin-dən uzaqlaşdığını qeyd edərək Bitcoin-i ödəniş vasitəsi kimi istifadə etməyi dayandıran bir çox şirkətlə əlaqələndirib.

“Localbitcoins” qlobal ticarət həcmi 4 ildə ən zəif nəticəsini göstərdi

Əməliyyat həcmindəki bu azalma “Localbitcoins” üzərində qlobal olaraq əməliyyat görən Bitcoin sayındakı diqqətə çarpan eniş ilə bənzər bir şəkildə irəliləyir.

“Coin.dance” məlumatları “Localbitcoins”-də satılan Bitcoin sayının 30 dekabr 2017-ci ildən 24 fevral 2018-ci ilədək, yəni son on həftədə 6 mindən aşağı düşdüyünü göstərir. Maraqlıdır ki, 30 dekabrda, Bitcoin həcminin durğunluq yaşamasını “Localbitcoins”-in P2P ticarətinin həftəlik dollar dəyərinə görə bütün zamanların ən yüksək nəticəsi təqib edib.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et